30 NƏFƏR YOLUXUB, 56 XƏSTƏ SAĞALIB - Azərbaycanda bugünkü koronavirus statistikası

Azərbaycanda koronavirusa 30 yeni yoluxma halı qeydə alınıb. Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 56 nəfər evə buraxılıb və 2 nəfər vəfat edib.

Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı da açıqlanıb.

Hazırkı dövrədək ölkəmizdə 1 283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər isə ölüb.

Hikmət Hacıyev deyib ki, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır.

O bildirib ki, ölkədə dəyişmə tendensiyası mövcuddur: "Bu əsasda növbəti addımların atılması həyata keçirilir. Xəstəliyə yoluxma halı və areal nəzarət altındadır. Digər ölkələrin təcrübəsinə əsasən karantin hallarının uzadılması zəruri olur".

H.Hacıyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən karantin rejimi dərhal ləğv olunmamalıdır

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar