Menu

"Karantin rejimi dərhal ləğv olunmamalıdır" - Prezidentin köməkçisi

16.04.2020, 17:33
"Karantin rejimi dərhal ləğv olunmamalıdır" - Prezidentin köməkçisi

"Azərbaycanda koronavirus pandemiyası ilə bağlı sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". "Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə dəyişmə tendensiyası mövcuddur: "Bu əsasda növbəti addımlar atılır. Xəstəliyə yoluxma halı və areal nəzarət altındadır. Digər ölkələrin təcrübəsinə əsasən karantin hallarının uzadılması zəruri olur".

H.Hacıyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, karantin rejimi dərhal ləğv olunmamalıdır.

Şərhlər

vətəndaş 2020-04-16 20:31:53

Bunu çox uzatmaqın fəsadları çox pis olacaq. Ancaq yumşaltmaq lazımdır ki kasıb əhali işləsin çör

t.ədalət 2020-04-16 18:18:09

Əlbəttə,hər gün büdcəyə daxil olan cərimələri birdən dayandırmaq faciə olar.Yavaşıdın,hissə-hissə adamları həbsdən azad edin.

Ako 2020-04-16 18:05:33

Inshalla Leqv edin karantini abiler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol