Menu

Rusiyadan qayıtmaq istəyən azərbaycanlıların ölkəyə buraxılması barədə açıqlama

16.04.2020, 17:39
Rusiyadan qayıtmaq istəyən azərbaycanlıların ölkəyə buraxılması barədə açıqlama

"Azərbaycan ərazisində son günlər ərzində koronavirusla bağlı aşkar olunan pozitiv testlərin 20 faizi Rusiyadan gələnlər arasında müəyyən edilib".  Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, son günlər Samur keçid məntəqələrində Rusiyadan qayıtmaq istəyən insanların toplaşması halları müşahidə olunur: "Rusiyada olan vətəndaşlarımız ardıcıl və növbəlilik əsasında ölkəyə gətiriləcək. "Evə gedirəm" portalı vasitəsi ilə qeydiyyatdan keçən şəxslərin ardıcıllıq nömrəsi təyin ediləcək. Onlar da müəyyən qruplar şəkilində ölkəyə buraxılacaq".

H.Hacıyev qeyd edib ki, 200-400 sayda insanın növbəli şəkildə gəlişi təmin ediləcək: "Bu günə qədər "qaynar xətt"ə 550 Rusiyada yaşayan Azərbaycan vətəndaşı müraciət edib və onların da adı sistemə yüklənəcək. İlk növbədə onların gəlişinə üstünlük veriləcək".

"Evə gedirəm" portalı bilavasitə Rusiyadan qayıdan şəxslərə şamil ediləcək". Bunu  Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

H.Hacıyev qeyd edib ki, gəliş quru və ya hava yolu ilə mümkün olacaq: "Bu da vətəndaşların seçimi ilə əlaqəli olacaq. Online sistem olduğundan şəffaflıq yüksək səviyyədə təmin ediləcək. Portal fəaliyyətə başladıqdan 5 gün sonra qeydiyyat prosesi başlanacaq və müraciətlər emal ediləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol