ÇİNDƏN SENSASİYALI ETİRAF - Koronavirusdan ölənlərin sayı kəskin artırıldı

Çinin mərkəzindəki Vuhan şəhəri COVID-19 xəstəliyindən ölənlərin sayını 1290 nəfər artırıb. Dövlət mediasının cümə günü yazdığına görə, statistikanın düz aparılmaması epidemiyanın pik dövründə xəstəxanaların həddən artıq yüklənməsi ilə bağlı olub.

Hazırda Vuhanda koronovirusdan 3 min 869 nəfərin vəfat etdiyi bildirilir, 11 milyonluq əhalisi olan şəhərdə virusa indiyədək 50 min 333 nəfər tutulub ki, bu da ümumi ölkə üzrə yoluxmaların (82 min 367 nəfər) üçdə ikisi deməkdir.

Rəsmi “Xinua” xəbər agentliyi adınıçəkmədiyi rəsmiyə istinadla bildirir ki, epidemiyanın ilkin dövründə“qəbul və müalicə imkanlarının yetərli olmaması səbəbindən bəzi xəstəxanalar xəstəliyin önlənməsi və ona nəzarət sistemi ilə vaxtında əlaqə yarada bilməyib, həmin vaxt xəstəxanalar həddən artıq dolu olub, tibb işçilərinin başı xəstələrə qarışıb”. “Nəticədə məlumatlarda əskiklik yaranıb, yanlışlıq olub, – rəsmi bildirib.

O əlavə edib ki, xəstəxanalardan kənar baş verən ölümlər xəstəliyə nəzarət informasiya sistemində qeydə alınmayıb, bəzi təsdiqlənmiş yoluxmalar haqda gec məlumat çatdılırıb, yaxud bəzi tibb ocaqları heç məlumat verməyib.

Çinin təqdim etdiyi rəqəmlərlə bağlıçoxdan suallar dolaşırdı, Vuhan yanvarda bir neçə gün heçölü, yaxud yoluxma sayı açıqlamamışdı. Bu da Çin rəsmilərinin pandemiyanın təsirini azaltmağa çalışması, onu daha tez nəzarətə almaq fürsətini qaçırmasıyla bağlı ittihamlara yol açmışdı.

635x100

Şərhlər

Azer 2020-04-17 15:59:15

Nese bu Cinden hec gozum su icmir. Gah nala vurur, gah mixa vurur. Arasdirmaga mane olur....

Son yazılar