Menu

Belçikada koronavirusdan ölənlərin sayı 5 mini ötüb

17.04.2020, 13:52
Belçikada koronavirusdan ölənlərin sayı 5 mini ötüb

Belçikada son sutka ərzində 313 nəfər yeni növ koronavirusdan vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, bu barədə Belçika Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölkədə koronavirusdan ölənlərin sayı 5136 nəfərə çatıb.

Belçikada son sutka ərzində daha 1329 nəfər yeni növ koronavirusa yoluxub, ölkədə xəstəliyə yoluxanların ümumi sayı 36 138 nəfərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol