Menu

Dövlət dilinin normalarını pozanlar min manatadək cərimələnə bilər

17.04.2020, 17:33
Dövlət dilinin normalarını pozanlar min manatadək cərimələnə bilər

Dövlət dili normalarını pozanların cərimələnməsi təklif olunur.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə 533-1 maddəsində əksini tapıb.

Layihəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Şərhlər

Süyid ƏNHU 2020-04-17 22:27:13

Uzun sürən məşəqqərdən sonra ilk dəfədir ki, MM-dən xalqa goğru bir addım atıldı. Təəccüb edirəm.

Gülü 2020-04-17 21:11:08

Çox gözel. Belke onda dilimizi qoruya bildik...

t.ədalət 2020-04-17 17:41:33

Cərimələri elə bu başdan Mikayıl Cabbarova,Elmar Məmmədyarova yazmaq olar.Əksər nazirlər öz aparatında rusca danışır,tabeliyində olanları da buna məcbur edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol