Menu

Qazaxda 39 yaşlı kişi su anbarında boğulub

17.04.2020, 21:35
Qazaxda 39 yaşlı kişi su anbarında boğulub

Qazax rayonunda yerli sakin göldə boğularaq ölüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, 1981-ci il təvəllüdlü Mübariz Yaqub oğlu Ömərov rayonun Bala Cəfərli kəndindəki Ağstafaçay Hidroqovuşağının su anbarında boğularaq ölüb.

Onun meyiti göldən çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol