TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 17-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 858 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 86 607 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 340 yoluxma aşkarlanıb. Onlardan 528-i sağalıb, 15-ü ölüb. Hazırda aktiv xəstələrin sayı 797-dir.


Şərhlər