Menu

Ağstafada 10-cu sinif şagirdi intihara cəhd edib

18.04.2020, 11:21
Ağstafada 10-cu sinif şagirdi intihara cəhd edib

Ağstafada intihara cəhd baş verib.

APA-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Heydərova Leyla Misir qızı ağır vəziyyətdə Ağstafa rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdilrilib. Dərhal ona lazimi tibbi yardım göstərilib. L.Heydərovanın vəziyyəti ağır olaraq qalır.

Anasının sözlərinə görə, səhər saat 7 radələrində qızını evlərinin yaxınlığındakı yarımtikilidə asılı vəziyyətdə tapıb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Qeyd edək ki 17 yaşlı L.Heydərova Qazax Liseyinin 10-cu sinif şagirdir.

Faktla bağlı araşrıdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol