Menu

“BU ÖLKƏLƏRDƏ VƏZİYYƏT KƏSKİN PİSLƏŞƏCƏK” – Rusiyadan gələn pul da kəsilir

18.04.2020, 15:59
“BU ÖLKƏLƏRDƏ VƏZİYYƏT KƏSKİN PİSLƏŞƏCƏK” – Rusiyadan gələn pul da kəsilir

Nüfuzlu “Bloomberg” agentliyi pul göndərişlərinə görə, Rusiyadan yüksək asılı olan MDB ölkələrində sosial durumun daha kəskin pisləşəcəyini yazıb.

“Bir tərəfdən pandemiya bu ölkələrin daxili iqtisadiyyatını çökdürür, o biri yandan da Rusiyadakı miqrantların ən çox pul qazandığı sahələrdə - tikintidə, qeyri-ərzaq ticarətində, taksi xidmətində, restoran şəbəkəsində karantin səbəbindən pul qazanmaq imkan itirilib”-deyə agentliyin məlumatda qeyd olunur. 

Rusiyanın pul göndərişlərindən ən çox asılı olan ölkələr Özbəkistan, Tacikstan, Qırğızıstan və Ermənistandır. Ona görə əsas təsir bu 4 ölkədə hiss olunacaq. Azərbaycan bu siyahıda 5-ci yerdədir.

İqtisadçı Rövşən Ağayev bildirir ki, Belorus, Qazaxıstan, Ukrayanın Rusiya remittanslarından asılılığı demək olar ki, yoxdur. Bu 3 ölkəyə gedən bütün pul transfertlərinin həcmi Özbəkistana pul göndərişlərinin üçdə biri qədərdir.

Ekspertin verdiyi məlumata görə, Azərbaycan üçün gələn pul heç də az deyil: “Hətta rəsmi rəqəmlərə görə ən azı 1 mlrd. dollardan söhbət gedir. Xüsusən də əyalətlərdə minlərlə aztəminatlı ailənin ayaqda qalmasında bu vəsaitlərin ciddi payı var”.

R. Ağayev vurğulayıb ki, son 3-4 ildə Azərbaycanın ödəmələr balansının cari hissəsində profisitin ən azı 12-15%-i məhz bu pul göndərişləri sayəsində yaranıb.

AzPolitika.info

Şərhlər

Elçin 2020-04-20 22:22:54

Necəsiz

Aslan 2020-04-20 11:26:32

Nnbhgc

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol