Menu

“Hərdən məndə də şəbəkə itir...” - DİN sözçüsü

18.04.2020, 21:41

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin artıq 5 gündür mobil, ev telefonu və internet əlaqələrinin kəsildiyi bildirilir.

AXCP-dən bildirilib ki, partiya sədrinə informasiya blokadası tədbiq olunub: "Bu blokadaya görə, Əli bəy və ailə üzvləri hətta evdən çıxıb çörək, lazım olan dərmanı ala bilmir. Çünki mobil xətti kəsilib və 8103-ə mesaj yazmaq olmur".

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə “Turan” agentliyinə bildirib ki, Əli Kərimlinin ev və mobil telefonunda problem yaranıbsa aidiyyatı üzrə müraciət etməlidir:

"Telefon stansiyasına, mobil operatoruna müraciət etsin. Hərdən məndə də olur ki, şəbəkə itir". Son günlər inzibati qaydada həbs olunmuş bir neçə AXCP üzvləri ilə bağlı isə DİN-dən bildirilib ki, onların heç biri siyasi motivlərlə saxlanmayıb. DİN ölkədə siyasi motivli həbslərin olması haqqında deyilənləri yalanlayır.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və başqa aidiyyatı qurumlardan hələlik münasibət almaq mümkün olmayıb.

Şərhlər

Tahir 2020-04-18 22:19:48

Day DİN də şəbəkəsi itirsə Ramil Quluzadəyə kimin nə sözü ola bilər ki......

Bəşirov Qərib 2020-04-18 22:15:15

Ehsan muəllim yaman deyib ha ,məndə də olur ki, şəbəkə itir, ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol