Menu

"Azərlotereya" dividend ödənişini 2 dəfə azaldıb

20.04.2020, 10:55
"Azərlotereya" dividend ödənişini 2 dəfə azaldıb

2019-cu ildə İqtisadiyyat Nazirliyinə məxsus "Azərlotereya" ASC büdcə və büdcədənkənar fondlara ümimilikdə 4,466 milyon manat ödəniş edib.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 57% çoxdur.

Ötən il "Azərlotereya"nın ödəmə mənbəyi üzrə vergi ödənişləri 1,063 milyon manat (illik müqayisədə 8,4% az), mənfəət vergisi ödənişləri 1,34 milyon manat (2,4 dəfə çox), əlavə dəyər vergisi ödənişləri 1,482 milyon manat (88,3% çox), işçilər üzrə gəlir vergisi ödənişləri 219 min manat (84% çox), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna ödənişləri 362 min manat (59,5% çox) təşkil edib.

Bundan başqa, 2019-cu ildə şirkət dövlət büdcəsinə 500 min manat dividend ödəyib. Bu, 2018-ci ilə nisbətən 2 dəfə azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol