Menu

Çin komandası 104 gündən sonra koronavirusun ortaya çıxdığı şəhərdə

20.04.2020, 15:59
Çin komandası 104 gündən sonra koronavirusun ortaya çıxdığı şəhərdə

Futbol üzrə Çin Super Liqasında çıxış edən "Uhan Zall" komandası 4 aydan sonra təmsil etdiyi şəhərə qayıdıb.

"Report"un məlumatına görə, yanvarda İspaniyanın Malaqa şəhərinə təlim-məşq toplanışı üçün gedən kollektiv koronavirus səbəbindən ölkəyə dönə bilmirdi.

Uhan şəhəri karantində olduğundan, komanda İspaniyadan Almaniyaya, oradan isə Çinin Şençjen şəhərinə yollanmışdı. Futbolçular burada 3 həftə ərzində karantində qalmışdılar.

Oyunçular və məşqçilər heyəti 104 gündən sonra Uhan şəhərinə qayıda biliblər. Komandanı azarkeşlər qarşılayıb, kollektivin aprelin 22-də məşqə başlayacağı bildirilib.

Qeyd edək ki, koronavirus 2019-cu ilin sonlarında məhz Uhandan yayılmağa başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol