Menu

Almaniya Çindən 130 milyard avro təzminat istəyir

20.04.2020, 18:06
Almaniya Çindən 130 milyard avro təzminat istəyir

Koronavirus pandemiyasına görə ciddi itkilərlə üzləşən Almaniya Çindən kompesasiya tələb edir.

“Report” Türkiyənin “NTV” telekanalına istinadən xəbər verir ki, bu məbləğ Almaniya iqtisadiyyatına koronavirusdan dəyən ziyanın həcmidir.

Bildirilib ki, rəsmi Berlinin Pekindən tələb etdiyi təzminatın məbləği 130 milyard avrodur. Bura turist, hava yolları, film sənayesinin itkiləri daxildir.

Məlumata görə, bir çox ölkə pandemiya ilə bağlı Çindən məhkəmə yolu ilə təzminat tələb etməyə hazırlaşır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 425 000-i ötüb. Bunların 636 378 nəfəri sağalıb, 166 058 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Şərhlər

t.ədalət 2020-04-21 09:20:13

On minlərlə günahsız insanın ölümünə səbəb olan Çin dövlətinə qarşı dünya dövlətlərinin sanksiyaları olmalıdır ki,bu allahsız xalq ibrət götürsün!

Elli 2020-04-20 18:22:59

Təzminatı bütün ziyan görmüş dövlətlər də tələb etməlidirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol