Menu

Sabah Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

20.04.2020, 21:07
Sabah Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Bu gün Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şafer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videobağlantı formatında görüşü baş tutub.

"Report" xəbər verir ki, görüşdə tərəflər hazırda COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə ediblər. Mövcud vəziyyətin sülh danışıqlarının davam etdirilməsinə maneə olmamasının vacibliyi vurğulanıb.

Tərəflər cari il aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə görüşünün keçirilməsini razılaşdırıblar.

Şərhlər

t.ədalət 2020-04-20 21:36:21

Nə qədər ki Azərbaycan tərəıfi kimi Ermənistanla (münaqişçəni törədən,torpağı işğal edən tərəf isə Rusiyadır!) boş-boşuna görüşlər keçirəcək, bu problem çözülməyəcək.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol