Menu

İcra hakimiyyəti 10 min zibil qutusu alıb – 1 ədədi 500 manatdan

21.04.2020, 14:11
İcra hakimiyyəti 10 min zibil qutusu alıb – 1 ədədi 500 manatdan

Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan "Bakı şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin zibil qutularının satın alınması üzrə keçirdiyi tenderin qalibi məlum olub.

Tenderi "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC qazanıb. 

"Bakı şəhər Əsaslı Tikinti və Təmir" MMC həcmi 1100 litr olan, 4 təkərli, xüsüsi mexanizmli qapağı olan, əyləc sistemli 10 min ədəd zibil qutusu satın almaq üçün "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC-yə 4 milyon 993 min 996 manat ödəyib.

Qeyd edək ki, 1 ədəd zibil qutusunun alınması üçün 499,40 manat xərclənib. /fed.az

Şərhlər

Vəli 2020-04-21 16:36:58

100 milyardları beləcə yox ediblər. İndi icanlar çörək puluna möhtacdırlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol