Menu

“Şimali Koreya liderinin hansı vəziyyətdə olduğunu bilmirik” - Trampın müşaviri

21.04.2020, 17:56
“Şimali Koreya liderinin hansı vəziyyətdə olduğunu bilmirik” - Trampın müşaviri

“Şimali Koreya lideri Kim Çen Inın hansı vəziyyətdə olduğunu bilmirik”.

APA-nın "Haartez"ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn deyib.

“Nə baş verdiyini bilməliyik ki, daha sonra siyasi varislik barədə danışaq”, - deyə ABŞ Prezidentinin müşaviri vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya liderinin səhhəti ilə əlaqədar məlumatlar ilk olaraq aprelin 15-də onun babası Kim İr Senin doğum gününə həsr olunmuş tədbirlərdə iştirak etməməsindən sonra ortaya çıxıb. CNN telekanalı məlumatlı mənbəyə istinad edərək Şimali Koreya liderinin ürək-damar əməliyyatından sonra ağır vəziyyətdə olması ilə bağlı xəbər yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol