Menu

Son bir sutkada İranda daha 1297 nəfər virusa yoluxdu

22.04.2020, 00:33
Son bir sutkada İranda daha 1297 nəfər virusa yoluxdu

Bu günə olan məlumata əsasən, İranda koronavirusa yoluxanların sayı 84 min 802 nəfərə çatıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib.

O deyib ki, son 24 saat ərzində 1 297 nəfərin koronavirusa yoluxması faktı aşkarlanıb, 88 nəfər ölüb. Ölənlərin ümumi sayı isə 5 min 297-yə çatıb.

Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alaraq sağalanların sayı 60 min 965 nəfərə çatıb.

Bu arada o da məlum olub ki, Ümumdünya Səhiyyə Təşkilatı İrana tibbi maska və digər tibbi preparatlardan ibarət dəyəri 4 milyon dollar olan humanitar yardım göndərib. Təşkilatdan bildiriblər ki, bu ölkəyə əlavə yardımlar da göndəriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol