Ucar rayonu Boyat kənd sakini, şəhid anası Əliyeva Tənzilə Saməddin qızı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Bir nüsxəsi "AzPolitika.info"ya daxil olan həmin müraciəti təqdim edirik:
"Mən, şəhid Famil Əliyevin anası Əliyeva Tənzilə Saməddin qızı mətbuat vasitəsi ilə hörmətli Mehriban xanım Əliyevaya müraciət edirəm.
Hörmətli Mehriban xanım, mənim oğlum Əliyev Famil Fərman oğlu Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Oğlum şəhid olduğu üçün hər ay 300 manat təqaüd alırıq. Ailəmiz, 4-ü azyaşlı olmaqla, 12 nəfərdən ibarətdir. Həyat yoldaşım, iki qızım, İki oğlum, onların həyat yoldaşları, hərəsinin iki uşağından ibarətdir.
Ailəmizdə heç kəs işləmir, 12 nəfərlik ailə şəhidə görə verilən 300 manat müavinətlə dolanır. Buna isə yaşamaq demək mümkün deyil.
Həyat yoldaşım Əliyev Fərman Nəriman oğlu parkinson xəstəliyindən əziyyət çəkir. Aldığımız 300 manat xəstənin dərmanlarına və müalicəsinə gedir.
Şəhid ailələrinə verilməsi üçün ayrılan 11 000 manat birdəfəlik ödəniş bizim ailəyə verilmədi. İndi çıxılmaz vəziyytdə qalmışıq. Mal-qaranı satıb həyat yoldaşımın iynə dərmanına, yaşamağımız üçün ərzağa vermişik. 12 nəfərlik ailə, bir nəfər də ağır xəstə - 300 manatla necə dolanmaq olar?
Torpağımız şorandı və su olmadığı üçün əkə bilmirik.
Hörmətli, Mehriban xanım, Sizdən çox-çox xahiş edirəm, nümayəndə göndərin, gəlib Şəhid ailəsinin yaşayışını gözləri ilə görsün. Sizdən xahiş edirəm, 11 000 manat birdəfəlik müavinətin bizə də verilməsinə və xəstə həyat yoldaşımın müalicə olunmasına köməklik göstərəsiniz.
Əlaqə telefonu; 051 313-00-61."






Şərhlər