Menu

KORONAVİRUS DƏHŞƏTİ DAVAM EDİR - ABŞ-da ölü sayı 47 minə, Fransada 22 minə çatır

24.04.2020, 01:15
KORONAVİRUS DƏHŞƏTİ DAVAM EDİR - ABŞ-da ölü sayı 47 minə, Fransada 22 minə çatır

ABŞ-da koronavirusa yoluxanların sayı 947 985 min nəfərdir. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatlarda federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, ABŞ-da COVID-19 infeksiyasından ölənlərin sayı 47 034 nəfərə çatıb.

Fransada isə son sutka ərzində koronavirusdan 516 nəfər ölüb, ölənlərin ümumi sayı 21 856 nəfərə çatıb.

Orada koronavirusa yoluxanların ümumi sayı 120 804 nəfər təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol