Milli Məclisin iclasında millət vəkili Hicran Hüseynova deputatların Xarici İşlər naziri Elmar Məmmədyarovu mətbuatda tənqid etməsinin yolverilməz olduğunu bildirib.
APA-nın məlumatına görə, H. Hüseynova müharibə şəraitində olan ölkənin Xarici İşlər nazirinin deputatlar tərəfindən tənqid edilməməsini istəyib.
Millət vəkili Fəzail Ağamalı isə deyib ki, Xarici İşlər nazirimiz daha cəsarətli olmalıdır: “Elmar Məmmədyarovun dişsiz bəyanatlarına reaksiya verənlərdən biri də mənəm. Deputatlar Milli Məclisin Daxili Nizamnaməsinə uyğun fikirlərini ifadə etməlidirlər. Torpaqları işğal altında olan ölkənin Xarici İşlər naziri daha radikal çıxış etməlidir”.
Millət vəkili Tahir Kərimli isə deputatların çıxışları ildə bağlı iradın yolverilməz olduğunu vurğulayıb.


Şərhlər
bu gurumun hec Azərbaycana qayıda bilməyən vətəndşlara düz əməlli cavab verə bilmir.zəng edirsən ki , 40 gündürr galmışıq Ukraynada,xahiş edirik bildirin Azərbaycan vətəndaşlarını nə vaxt gaytarasınız.deyirlər Nazirlər Kabietinə zəng edin. hec bir köməklık etmirlər.
Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatla çıxış etməsi Azərbaycan Xarici Siyasətiinin uğurlarından biridir. S.Lavrovun məlum bəyanatından sonra ermənistanın siyasi təhlilçilərinin ermənistanın xarici siyasətinin iflasa uğradığını əsas gətirərək Ermenistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefasını tələb etmələri Azərbaycanın apardığı uğurlu xarici siasəti bir daha təsdiq edir.
E.MƏMMƏIDYAROV OLDUQCA ZƏİF XARİCİ İŞLƏR NAZİRİDİR.
Kimi kim mudafie edir? Maraq dogurur.
Kimi kim.
Mudafie etme esasli olmali ve dogru tenqidi qebul etmeyi baccarmaq vacibdir. Memmedyarovun yerinde olmadigi artiq hamiya bellidir. Bele halda pnu esas olmadan mudafiesine qalxmagimahiyyeti aydin deyil.