Menu

Türkiyədə pandemiya qurbanlarının sayı 2 600 nəfərə çatdı - FOTO

24.04.2020, 20:24
Türkiyədə pandemiya qurbanlarının sayı 2 600 nəfərə çatdı - FOTO

"Türkiyədə son sutkada daha 109 nəfər pandemiyanın qurbanı olub”. “Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 600 nəfərə çatıb.

Nazir həmçinin daha 3 122 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 104 912-yə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 21 737 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol