Menu

Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxmanı üstələdi

24.04.2020, 20:33
Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxmanı üstələdi

Bu gün Türkiyədə ilk dəfə koronavirusdan sağalanların sayı yoluxanların sayını üstələyib."Report" xəbər verir ki, aprelin 24-nə olan məlumata əsasən, bu ölkədə gün ərzində koronavirusa yolxanların sayı 3 122 nəfər təşkil edib.

Eyni zamanda sutka ərzində 3 246 nəfər COVID-19-dan sağalıb.

Qeyd edək ki, Türkiyədə indəyədək koronavirusa yoluxanların sayı 104 912 nəfərdir. İndiyədək 21 737 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb, koronavirusdan ölənlərin ümumi sayı isə 2 600 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol