Menu

Azərbaycanda koronavirusa yoluxanlardan 300-ə yaxını tibb işçisidir

24.04.2020, 20:37
Azərbaycanda koronavirusa yoluxanlardan 300-ə yaxını tibb işçisidir

Azərbaycanda indiyədək koronavirusa yoluxanlar arasında yüzlərlə tibb personalı da var. Səhiyyə nazirinin müavini Viktor Qasımov Operativ Qərargahın bu gün keçirilən brifinqdə bildirib. 

Onun sözlərinə görə, təəsüflər olsun ki, tibb işçiləri də özlərini bu virusdan qoruya bilməyiblər və nəticədə 300-ə yaxın tibb işçisi yoluxub.

“Lakin bu o demək deyil ki, onların hamısı xəstəxana şəraitində yoluxublar. Bir çoxları ev şəraitində, yaxınlarından və ya təmasda olduqları digər şəxslərdən yoluxublar. Hazırda onlardan 60-dan çoxu sağalıb və işinin başına geri qayıdıb, qalanların müalicəsi davam edir, aralarında vəziyyəti ağır olanı yoxdur”,-Viktor Qasımov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol