Menu

Deputat parlamentdə kənd xəstəxanalarına qaz verilməsi məsələsini qaldırıb

24.04.2020, 21:07
Deputat parlamentdə kənd xəstəxanalarına qaz verilməsi məsələsini qaldırıb

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin iclasında Tovuz rayonu kəndlərində fəaliyyət göstərən bir sıra xəstəxana, həkim məntəqəsinə qaz verilməməsi problemindən danışıb və müvafiq qurumlara cağırış edib.

Musavat.com xəbər verir ki, Q.Paşayeva bildirib ki, Tovuzun bir çox kəndlərində kəndə uzun zamandır qaz verilməsinə baxmayaraq xəstəxana, həkim məntəqələrinə qaz verilməsi problemi bu günə qədər həllini tapmır və bu həmin müəsisələrdə çalışan tibb işçilərinin həm də həmin xəstəxana, həkim məntəqəsinə müraciət edən insanların özəlliklə soyuq aylarda narazılığına səbəb olur. Bu problemin bir sıra kəndlərdə yaşayan əhalini ciddi şəkildə narahat etdiyini vurğulayan Q.Paşayeva məsələnin Səhiyyə Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi arasında bu günə qədər həll oluna bilməməsindən qaynaqlandığını deyərək problemin həlli istiqamətində hər 2 quruma çağırış edib: “Tovuzda bir sıra kənd xəstəxanaları, həkim məntəqələrinə qaz verilməməsi ciddi problemdir və onları bu problemi qısa zamanda həll etməyə çağırırıq”.

Şərhlər

X 2020-04-25 16:28:45

Ermeni xestexanalarina getsinler kilseler azdi

Abid 2020-04-25 01:03:21

Ay deputat bizimkiler kilselere havayi qaz vrrdiyi halda onlar kend xestexanalarina hec pulla da qaz vermek dusunmezler.w

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol