Menu

Nyu-Yorkda daha 422 nəfər koronavirusdan ölüb

24.04.2020, 23:44
Nyu-Yorkda daha 422 nəfər koronavirusdan ölüb

ABŞ-ın Nyu-York ştatında son sutkada 422 nəfər koronavirusdan ölüb ki, bu da dünənkindən 16 nəfər azdır.

APA “TASS”-a istinadla xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib.

Qeyd edək ki, ötən gün 438, çərşənbə günü isə 474 nəfərin öldüyü deyilirdi. Nyu-Yorkda ən faciəvi göstərici aprelin 8-də qeydə alınıb – 799 nəfər. Ştatda koronavirusdan ölənlərin ümumi sayı isə 15 mindən çoxdur. Hazırda 14 200 nəfər xəstəxanalardadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol