Menu

Türkiyə ordusu İraqda 8 terrorçunu zərərsizləşdirdi

25.04.2020, 02:26
Türkiyə ordusu İraqda 8 terrorçunu zərərsizləşdirdi

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı Qara rayonu ərazisində PKK terrorçularının obyektlərinə zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilir.

Qeyd edilir ki, zərbələr nəticəsində 8 terrorçu zərərsizləşdirilib. Silahlıların yeri pilotsuz uçuş aparatlarının məlumatları sayəsində aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol