Ağcabədi rayonunda ölüm hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə aprelin 24-də qeydə alınəb.
Belə ki, 1995-ci il təvəllüdlü Cavid Əliyev kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanılıb.


Şərhlər