“Günay Bank” ASC yeni hesabatını açılayıb. Bankın təqdim etdiyi hesabatdan görünür ki, keçən ilin müvafiq dövrünə nisbətən “Günay Bank”ın mənfəəti 2.8 dəfə, yəni 391 min manata qarşı 1.076 min manata artıb.
İlin əvvəlin nisbətən nağd pul vəsaitləri 25.033 min manatdan, 3.316 min artaraq 28.349 min manata yüksəlib.
Məcmu kapital isə keçən ilin müvafiq dövrünə nisbətən (62.343.029 manatdan 65.371.043 manat yüksələrək) 3.028 min manat və ya 4.9 % artıb.
İlin əvvəlinə nisbətən məcmu kapital 1.293 min və ya 2 % yüksəlib.
Ümumi aktivlərdə 20.468 min və ya 9 % artım görünür. Digər bütün sahələrdə də müsbət tendensiyalar davam edir.
“Gunay Bank” məlum pandemiya ilə mübarizə tədbirlərinə qoşulmaqla yanaşı öz heyəti ilə vətəndaşların xidmətində dayanmış və mümkün qədər fəaliyyətini keyfiyyətlə həyata keçirməyə çalışıb.


Şərhlər