ATV telekanalındakı vəzifəsindən ayrılan jurnalist Vaqif Aydınoğlunun “Azərişıq” ASC-nin mətbuat xidmətinə rəhbər təyin olunması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. T.Mustafayev Modern.az-a açıqlamasında məlumatın doğru olmadığını və hazırda işinin başında olduğunu bildirib.
Jurnalist Vaqif Aydınoğlu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müavin təyin edilib. Amma hələlik onun təyinatı ilə bağlı əmr verilməyib. Həmçinin yaxın günlərdə “Azərişıq” ASC-dəsturktur islahatları aparılacağı, qurumda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılacağı bildirilir. T.Mustafayevin İctimaiyyətlə əlaqələr şöbəsinənin rəhbəri, V.Aydınoğlunun isə mətbuat katibi təyin olunacağı qeyd edilir.


Şərhlər