Menu

Qarabağın azərbaycanlı icmasının sədri AŞPA-da təmsil olunacacaq

27.04.2020, 13:49
Qarabağın azərbaycanlı icmasının sədri AŞPA-da təmsil olunacacaq

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə üzv seçilib.

"Report" xəbər verir ki, bununla da icma sədri AŞPA-da təmsil olunacacaq.

Eyni zamanda, T.Gəncəliyev Azərbaycan - Kanada parlamentlərarası işçi qrupuna rəhbərlik edəcək.

Qeyd edək ki, T.Gəncəliyev bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilib.

O, 2018-ci ilin dekabrın 20-də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına rəhbərlik edir.

Şərhlər

Elli 2020-04-27 17:28:36

Müharibəsiz Qarabağı ala bilməyəcəksiniz. Korona bizim hamımızı qırmamış Qarabağı karapetin əlindən almalıyıq. Sülh yolu boş şeydir. İstəyirlər bizi daha 30 il gözlətsinlər. Buna yol vermək olmaz!

t.ədalət 2020-04-27 16:33:53

Qarabağ məsələsi "AŞPA-da--Maşpada" həll olunmur.Onun həlli yolu milli vətənpərvərlikdir.Ölkədə vətəndaşlar arasında "YAP-çı--mapçı" ayrı-seçkiliyi ləğv edilməli,əhali erməni sevdalısı olan kadrların təqibindən azad olunmalıdır.Bizi,ancaq və ancaq milli dəyərlər və islami birlik xilas edəcək.Tolerantlıq olan yerdə yurdu qorumaq olmadığı kimi,AŞPA ilə də problemi çözmək avantüradan başqa bir şey deyildir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol