Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
Koronovirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.
Dövlətin bu sahədə apardığı işlərə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı da ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.
Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.
Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilmişdir ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olmuş, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəmişdir. Bununla yanaşı baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.
İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış, M.Əhmədov şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi və aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsi faktları hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Şərhlər
Şəkinin İcra Hakimiyyəti yoxlanılsa, büdcənin bir illik gəlirinin mənimsəməsi ortaya çıxa bilər ? başçı elxan usubovun və 1 müavini həsən həsənovun arxası olduğundan onların iş fəaliyyətlərinin yoxlanılmasının qarşısı alınıb ? bu səbəli atlarını çapırlar hələlik ?
Nə qədər ki, deklarasiya haqqında qanun qəbul olunmayıbdır,bu məmurlar xalqı zəlil günə qoyacaqlar.
Hansi rayonda bu kim ... yoxduki.Terteri bu cur yoxlasalar 1000 defe ondan boyuk cinayetler cixar vallahda billahda.Axi ay hökumet yazilanlara deyilenlere niye məhəl qoymursunuz axi.Gərək elə kimisə özunuzun kefi isteyende yoxlayasiniz.Yaziriq dee yoxlayin gorun duzdu yoxsa yox.Bilirik bu bascini qabaqlar Yelmar Veliyev mudafie edirdi,o siradan cixandan sonra indi de Yelmarin qudasi Kerem Hesenov mudafie edir.Oda cox yonlu adamdi.Butun olkenin özellesdirme pullari ondadir deee.
Icrs hakimiyyrtlerinin hamisinda brle faktlar var.mes.seki icra hakimiyyeti
Qaynar xəttə nə ehtiyac var ki,Qax rayon Ləkit kəndinə Heydər Əliyev fondu tərəfindən verilən yardımlar ehtiyacı olmayan insanların adına yazılaraq icra nümayəndələri Təhminə və həyat yoldaşı Qiyas tərəfindən mənimsənilib.Ləkit kəndinə zəng etsəz bütün kənd cammatı bunu sübut edəcək....
Siz QANKÖCÜRMƏ inistitunun kecmiş direktorunun 2019-cu ilə qədəriki faliyətini yoxlasanız n hər ğün dərman,qan analizləri və diöər peraparatları xəstələrə satdıqını və komunal xidmətdən hər ay 20-30-min azn OQURLADIQINI ğörərsiz.Xaiş edirəm yoxlayın Məndə sizə yardımcı olaram.
dövlət sovqatlarını mənimsəyən şəxsə bir sözüm var: o nakişidir.