Menu

Bəzi karantin məhdudiyyətləri deputata şamil edilməyəcək

28.04.2020, 16:03
Bəzi karantin məhdudiyyətləri deputata şamil edilməyəcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

"Report" xəbər verir ki, dəyişikliklə qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilib:

“Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir”.

Şərhlər

t.ədalət 2020-04-28 16:09:37

Belə çıxır ki,virus deputatları tanıyır və onlara toxunmur.Bununla da virusa qarşı mübarizənin mahiyyəti heçə enir.Xalqı aldatmaq yetməzmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol