Menu

Rusiya Federasiya Şurasının sədri Azərbaycana gəlib

02.10.2014, 10:44
Rusiya Federasiya Şurasının sədri Azərbaycana gəlib

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.

APA-nın İTAR-TASS-a istinadən yaydığı xəbərə görə, V. Matviyenko Azərbaycanla siyasi, sosial-iqtisadi, humanitar və başqa sahələrdə sıx əməkdaşlıq etdiklərini deyib.

O, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin artdığına diqqət çəkərək 2013-cü ildə bu dövriyyənin maksimumu həddə - 3,6 milyard dollara çatdığını söyləyib.

Enerji sektoru, nəqliyyat və digər sahələrdə də sıx əməkdaşlığın olduğunu qeyd edən Federasiya Şurasının sədri Rusiya-Azərbaycan əlaqələrinin güclənməsində əsas faktorun regional əməkdaşlıq və sərhəd qonşuluğu olduğunu vurğulayıb.

V. Matviyenko hazırda Bakıda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştirak edir. O, prezident İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol