Menu

"Silahların mənşəyinin müəyyən olunmasına mən kömək etdim..." - Rüstəm İbrahimbəyov

29.04.2020, 14:49
"Silahların mənşəyinin müəyyən olunmasına mən kömək etdim..." - Rüstəm İbrahimbəyov

"Nicat Quliyev 2013-cü ildə Eldar Mahmudov tərəfindən həbs olunanda mən çox narahat oldum. Çünki bu həbs saxta idi. Heç bir cinayəti olmadığı halda onu tutdular”.

"AzPolitika.info" xəbər verir ki, bu sözləri gununsesi.org-a açıqlamasında dramaturq, Milli Şuranın keçmiş sədri Rüstəm İbrahimbəyov bilidirib. O, qeyd edib ki, Nicat Quliyevlə şəxsi münasibətləri olub: “Bu münasibətlər hər hansı siyasi maraqlara söykənməyib. Onunla şəxsi dostluğumuz var. Danışıqlarımız da sırf şəxsi məsələlər barəsində olub. O, çox savadlı insandır. Həmin dövrdə Eldar Mahmudov onu həbsə atmışdı. Nicat Quliyev Azərbaycanın tarixi şəxsiyyətlərinin ailə üzvüdür. Bu, biabırçılıq idi. Sonradan məlum oldu ki, Eldar Mahmudov eyni silahlarla tanınmış jurnalist Pərviz Həşimlini də şərləyib. Hər iki prosesi izləyirdim, acıyırdım. O zaman mərhum vəkil Elton Quliyevə o silahların mənşəyinin müəyyən olunmasına köməklik etdim".

R.İbrahimbəyov Ali Məhkəmənin İlqar Məmmədovla bağlı bəraət qərarından məmnun olduğunu söyləyib: "Hesab edirəm ki, eyni bəraət hökmü Nicat Quliyev və Pərviz Həşimli barəsində də verilməlidir. Mən hər iki işdən xəbərdaram. Çox gülünc, dövlət adına utanc gətirən hadisələr idi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol