Menu

Azərbaycanda problemli kreditlər martda artıb

29.04.2020, 17:00
Azərbaycanda problemli kreditlər martda artıb

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 386,8 milyon manat təşkil edib. “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 6,9% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 8,9% artıb, son 1 ildə isə 11% azalıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 8,9% təşkil edib. Bu nisbət fevralın sonuna və ötən ilin sonuna 8,3%, ötən il martın sonuna isə 11,9% olub. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol