Menu

Avro əskinaslar virus daşıyıcısıdır? - Avropa Mərkəzi Bankından açıqlama

29.04.2020, 19:20
Avro əskinaslar virus daşıyıcısıdır? - Avropa Mərkəzi Bankından açıqlama

"Testlər avro əskinazlarına toxunmağın koronavirusa yoluxma riski yaymadığını göstərib". Bunu Avropa Mərkəzi Bankı bildirir.

Avrozonanın 19 ölkəsində nağd puldan geniş istifadə olunur. Amma bir çox mağağa və şirkətlər müştərilərdən kart, yaxud kontakstsız ödənişə keçməyi xahiş edib.

Aprelin 28-də yayılmış bloq postunda bankın icraedici şurasının üzvü Fabio Panetta deyib ki, Avropa laboratoriyaları koronavirusun ilk bir neçə saat ərzində qapı dəstəsi kimi polad səthdə avro banknotlarına nisbətən “10 dəfədən 100 dəfəyədək daha çox” qaldığını göstərib. “Digər təhlillər üzə çıxarıb ki, virus plastika kimi hamar səthlərə baxanda pambıq materialdan olan banknotlar kimi məsaməli səthlərdən daha çətin yayılır”, – Panetta deyib.

Avro banknotları təmiz pambıq lifli kağız üzərində çap olunur, daha gec cırılır. “Ümumilikdə, banknotlar insanların hər gün təmasda olduğu digər səthlərlə müqayisədə elə də güclü infeksiya riski yaratmır”, – Panetta yazıb.

Panettanın bloqunda avro sikkələrin hər hansı yoluxma riski yaratmasıyla bağlı test aparılıb-aparılmadığı açıqlanmır. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol