Menu

16 il əvvəl vəfat etmiş yoldaşının adına maşın olub... - Buna görə, vətəndaşa müavinət verilmir!

01.05.2020, 12:17
16 il əvvəl vəfat etmiş yoldaşının adına maşın olub... - Buna görə, vətəndaşa müavinət verilmir!


Məlum olduğu kimi, pandemiya ilə bağlı hökumətin aztəminatlı vətəndaşlar üçün nəzərdə tutduğu 190 manatlıq birdəfəlik yardımın paylanması zamanı ortaya çoxsaylı problemlər çıxıb. Bu problemlər əsasən rəsmi orqanlarda vətəndaşların qeydiyyatı, ailə vəziyyəti, sosial durumu, rəsmi iş yerləri, sahibkarlıq fəaliyyəti və s. ilə bağlı qeyri-dəqiq məlumatların olmasından qaynaqlanır.

“AzPolitika.info” vasitəsilə ölkə başçısına müraciət edən Nağiyev Oruc Sabir oğlu da rəsmi qurumların qeydiyyat sistemlərindəki problemlərin hədəfinə çevrilərək, birdəfəlik yardımdan məhrum edilən vətəndaşlardan biridir. 

O.Nağıyev bildirir ki, həyat yoldaşı hələ 2004-cü ildə vəfat etdiyi halda, ona mərhum yoldaşının adına avtomobil olduğu bəhanə gətirilərək, birdəfəlik yardımdan imtina edilib: “Mən Nağıyev Oruc Sabir oğluna(Ş/v AZE 00092224 FİN 140FTF3) mesaj gəlib ki, birdəfəlik ödəmə mənə ödənilməyəcək- səbəb həyat yoldaşımın adına nəqliyyat vasitəsinin olmasıdır. Sizə bildirirəm ki mənim həyat yoldaşim 14.04.2004-cu ildə vəfat edib.”

Məktubunda ölkə başçısına və nazir Sahil Babayevə müraciət edən şikayətçi hüququnun bərpa olunmasını və birdəfəlik müavinətlə təmin edilməsini xahiş edir.

Tahir

AzPolitika.info 

Şərhlər

Əhmədova esmira 2020-05-01 13:29:55

Salam mənədə birdəfəlik 190 manat ödəməyə eraz gəlib halbuki az təminatlı alədən biriyəm hec bir yerdən gəlir yerim yox sosyal təminat almıram iş yerim yox ötəmdə 2 uşaq var biri 17 yaşınd bir 15 yaşında onarada vermirlər ki siz az yaşlı gedirsiniz 18 yaşınız yoxd yəqinki 18 yaşdan aşağı olan uşaqın ağzı yoxdu yemək yemir özüm tək qadınam evdə 2 uşağımnan yaşyıram gündəlik iş lərdə işliyirdim salonda günmə 5 man 10 man qazanırdım indidə salonar bağlı olduğna görədə evdə qalmışıq mən dövlətimə muraciyət edirəm ki mən bir milət kim vətandaş kim nə etməliyəm nə yeməli uşağma nə yedirtməliyəm deyirsiniz araşdırlıb verkir hərşey bəs araşdırdınız mənim adıma iş gəlir yeri tapdınızm bu necə araşdırmadı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol