Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib hesab edir.
“Report”un məlumatına görə, deputat parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib ki, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır. Ona görə də Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir.
S.Novruzov dövlət qurumlarında aparat rəhbərlərinin də təyin olunması məsələsinə toxunub: “Hamı aparat rəhbəri təyin edir. Mənzil istismar sahəsindın tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır?”.
S.Novruzov əlavə edib ki, bütün nazirliklərdə mətbuat xidmətlərin təyin olunmasına da toxunub. O qeyd edib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır: “Karantin dövründə də gördük ki, nazir qalıb kənarda bunun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.

Şərhlər
Siyavuş müəllim, indiki nazirlər və icra başçıları özlərini" kiçik padşah" hesab edirlər. Ölkəmizdə sosial narazılıqları yaradanlarda yerində olmayan məmurlardır. Onların fəaliyyətləri DTX -i tərəfindən araşdırılsa çox mətləblərin üstü açılar. Onlar işi bacarana yox, öz səriştəsiz kadrlarının yerləşdirilməsinə önəm verirlər...?
"Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa getsin otursun evdə." Tamamilə doğrudur!!!
Birincisi, Lütfən ad çəkin. Bir də o Naziri oraya Cənab Prezident təyn edib. Bu bir başa Ölkə Başçısının səlahiyyətinə aid bir məsələdir. Cənab Siyavuş Novruzov yaxşı olar milli məclisdə hesabat verən Hesablama Palatasının fəaliyyətsizliyindən danışarda.Ki, bütün büdcə təşkilatlarında gedən talana bu qurum niyə göz yumub. Elə bilirəm öncə kadr islahatı Hesablama palatsının rəhbərliyində də aparılmalıdır.
Doğrudur