Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 739 nəfər artıb. “Report” xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla da, krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı27 510 nəfərə çatıb.
Məlumata görə, son 24 saatda ölkədə virusa yoluxanların sayı 6 201nəfər artaraq 177 454 nəfərə yüksəlib.


Şərhlər