DEPUTAT DTX-nı YARDIMLIYA DƏVƏT ETDİ - "İcra başçısı yardımların hamısını mənimsəyir"

"Neftçaladan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ifşa olunaraq tutulması çox biabırçı fakt idi. Yəni, bu onu göstərir ki, icra başçıları heç bir nəticə çıxarmaq istəmirlər. Eyni yolda getməyə davam edirlər". Bu fikirləri Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı söyləyib.

S.Rüstəmxanlı deyib ki, dərs çıxarmayan icra başçıları yenə də imkansız ailələrə ayrılmış sosial yardımları mənimsəyirlər, rüşvət alırlar: "Mən hələ də anlaya bilmirəm ki, bu məmurlar nə etmək istəyirlər! Onların ya başları donub, ya da ölkədə gedən prosesləri görə bilmirlər. Baş verənlərin fonunda mən Prezidentin çıxışlarına baxıram və görürəm ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparan şəxs İlham Əliyevdir. Prezident İlham Əliyev bütün nöqsanları deyir, onun aradan qaldırılmasına çalışır və işində nöqsana yol verənlərə xəbərdarlıq edir. Hətta, əyri yola üz tutan məmurları Allaha tapşırır. Amma yenə nəticə çıxarmırlar. Ona görə də rüşvətə və korrupsiyaya qarşı mübarizə davam edəcək".

Deputat qeyd edib ki, Azərbaycanın yeni Baş prokuroru Kamran Əliyevin təyin olunması çox uğurlu kadr islahatıdır: "Kamran Əliyev hüquq mühafizə sistemində ən çox hörmət etdiyim və peşəkarlığına inandığım şəxslərdən biridir. Onunla bir neçə dəfə görüşlərim olub. Hesab edirəm ki, ölkə başçısı Kamran Əliyevi Baş prokuror təyin etməklə ən doğru addımı atıb. Kamran Əliyev doğrudan da layiqli peşəkar Baş prokuror olacaq. Prezident Kamran Əliyevi Baş prokuror təyin etməklə hüquq mühafizə orqanlarının əsas diqqətini korrupsiya ilə mübarizəyə yönəltdi. Hesab edirəm ki, Prezidentin Karman Əliyevlə görüşü və ona verdiyi tapşırıqlar göstərir ki, doğrudan da ölkədə rüşvətxorluq, quldurluq və korrupsiyaya qarşı ciddi iradə var. Bu iradə sonadək olmalıdır. İndi icra başçıları özlərini padişah kimi aparırlar. Hətta məndə məlumat var ki, Ağstafa və Neftçala məsələsindən sonra indi bir neçə icra başçısı otaqlarını dəyişir, təmir etdirir, "juçok" axtarır. Bununla elə düşünürlər ki, onlara nəzarət imkanları azalsın. Amma başa düşmürlər ki, nəzarətin o qədər geniş imkanları var".

Deputat Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət edib: "Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir". (Demokrat.az)

635x100

Şərhlər

qarabağlı 2020-05-06 15:35:13

HƏƏƏƏ. Sabir bəy bir vaxt Qarabağ fədaisi idi. Sonra Mətbuat naziri, sonra Partiya sədri, sonra Dünya Azərbaycanlıları Konqresinin sədri, filologiya elmləri doktoru, 25 il, artıq 26-cı ilə keçir deputat və sair və sair... İndi də DTX-ya aşkara şağırış edir. Qarabağ daha yada düşmür ki!

Yolüstü Təhlili 2020-05-05 21:16:50

Yardımlını Neftçala, Qərblini, Naxçıvanlını Bakı əhli necə özünə MV seçir???

Qaxlı 2020-05-04 23:53:41

Qax rayonunda da yardımların paylanmasında biabırçılıqdır.İmkansızlar qalıb bir tərəfdə öz qohum əqrabasına,yaxınlarına paylayırlar.Güllük kənd icra nümayəndəsi İlqar dövlət tərəfindən verilən yardımları gecə ilə yük maşınında evinə boşaldıb.İş o yerə çatıb ki orda yaşıyan qaraçılar İlqarın evini daşa basıb.Bunu İcra Başçısı eşitmir bəyəm.Eşidib ancaq sərf etmir.

SABİRANə 2020-05-04 22:58:59

17.07.88-dən Qarabağ fədaisii artıq varlı xalqa yemək yardımından danışır?

Yardımlı sakini 2020-05-04 20:15:10

Sizin yardımlılar adından danışmağa haqqınız yoxdur. Nə siz nə də sizin partiyadan olan vitse spiker Fəzail İbrahimli bizimçün heç nə etməyib. Özünüzə gün ağlamısınız.

Ziyafət x. 2020-05-04 20:05:56

Bəli. Ziya Məmmədovun qardaşı İldırımın qudasıdır. Həm də Parlamentdə ana müxalifətin başçısıdır...

elchin 2020-05-04 16:33:36

Ziya memmedovun qohumu deyil?

Neftçala sakini 2020-05-04 15:12:30

ğunuz Siz Yardımlıdansınız. Həmişə də Yardımlının millət vəkili olmusunuz. Nəyə görə bu il namizədliyinizi Yardımlıdan deyil, Neftçaladan verdiniz? ...

Neftçala sakini 2020-05-04 15:12:30

ğunuz Siz Yardımlıdansınız. Həmişə də Yardımlının millət vəkili olmusunuz. Nəyə görə bu il namizədliyinizi Yardımlıdan deyil, Neftçaladan verdiniz? Ona görə ki, siz yardımlılar üçün 25 il ərzində deputat olduğunuz illərdə heç nə etmədiniz. Ancaq bacı-qardaşlarınız, qohumlarınız və tanışlarınız üçün gün ağladınız. Elə Yardımlıdan namizədliyinizi verib, bəyənmədiyiniz icra başçısı ilə xalqın rifahı naminə döyüşəydiniz də. İndi də VHP də Neftçaladan olan müavininizin əliylə burada işlər görməyə gəlmisiniz. Bunu bütün Neftçala əhli bilir.

Rafiq 2020-05-04 15:03:06

Sabr bəy, Sizdə hardan məlumat ola bilər ki, icra başçıları otaqlarında juçok axtarırlar.?... Neftçalanın sabiq icra başçısının Milli Məclicə seçkilər öncəsi büdcə təşkilatları işçilərini toplayaraq sizin üçün təşkil etdiyi dəbdəbəli təbliğatları nə tez unutdunuz?

Ziyalı 2020-05-03 15:21:27

Bu dəfə Sabir bəy hər zamankından fəırqli olaraq nə əcəb DTX-ya aşkara müraciət edir?

Valen 2020-05-03 10:22:49

Xalq hamını tanıyır.

Cəmşid Dərələyəzli 2020-05-03 10:03:39

Pirallahının Başçısı Vasif imanov üçün yxaşı olar Pirallahıyada gəlsin

Qarabağın ƏKS sədası 2020-05-03 09:57:33

Qarabağçı müəllif də, onu buraxıb feodal payaşımına kompanyon olub?

Ziyafət x. 2020-05-03 08:15:23

Vitse spiker de siz de Yardımlıdansız Sabir bəy, maddi imkanlarnız da maaşalllah o qederdir ki... Siz hansı yardımlar etmisiniz Yardïmlïnın imkansïzlarına?

Yardımlı sakini 2020-05-03 08:09:58

Keçən çaģırışda Milli Məclisə hansı səbəbdənsə buraxılmayan Sabir bəy bu il yaman fəllaşıb. Sədri olduģu VHP ūzvū Fəzail mūəllim vitse spiker təyin edildi. Indi də Yardımlı icra başçısını tutulması ūçūn DTX ya ismarıc göndərir. Yəqin ki hansïsa dost tanışını, qohumunu icra başčısı qoydurmaq istəyir. ını

Rehman feyziyev 2020-05-03 01:01:58

Emin Efendiyevi de yoxlayin. Gorun ne oyunlar cixardir Azerpoctda

Səbuhi 2020-05-02 23:43:37

Lerik rayon icra hakimiyyəti çox gözəl işləyir.

Səbuhi 2020-05-02 23:43:36

Lerik rayon icra hakimiyyəti çox gözəl işləyir.

Kəndin nümayəndəsi 2020-05-02 23:15:13

DTX-ni Şəkiyə dəvət edilir, çünki dövlət tərəfindən ayrılan yardımlar özlərinə məxsus adamlara verilir, ən kasıb adamlara yardım verən yoxdur... Şəkinin Baş Göynük kəndinin əhalisinə yardım paylanılıb, kimlərə icra nümayəndəsinin məsləhət bildiklərə adamlarına, əsil kasıb. imkansız adamlara yardım verilməyib, onlar tərəfindən qaynar xəttə zəng etmələrinə baxmayaraq heç bir faydası olmayıb ? Xahiş edirik araşdırın ????

t.ədalət 2020-05-02 22:55:13

Əlbəttə,normal ziyalıl üçün uyğun çıxış hesab oluna bilməz.Kimləsə aran yoxdur deyə.... M.Lermantovun Peçorini yada düşür.

Son yazılar