Menu

Gəncədə 25 yaşlı qadın intihara cəhd etdi

03.05.2020, 15:34
Gəncədə 25 yaşlı qadın intihara cəhd etdi

Gəncədə gənc qadın dərmandan zəhərlənib. Modern.az-ın məlumatına görə, hadisə şəhərin 1 Mk yaşayış ərazisində olan mənzillərin birində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü C.R. ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib.

Müayinə zamanı məlum olub ki, qadın intihar məqsədi ilə dərman içib və hər iki qolunda damarlarını kəsib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol