Menu

Tayvanda zəlzələ olub

03.05.2020, 16:12
Tayvanda zəlzələ olub

Tayvanda 5,9 bal gücündə zəlzələ baş verib.Trend-in məlumatına görə, bu barədə ölkənin mərkəzi metereoloji idarəsi xəbər verib.

Məlumata əsasən, yeraltı təkalar yerli vaxtla saat 11:24-də (07:24 GMT+4) qeydə alınıb və adanın bir çox bölgəsində hiss olunub. Zəlzələnin episentri Taydun şəhərindən 70,7 kilometr şimal-şərqdə 40,4 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar, habelə sunami təhlükəsi barədə məlumat verilməyib.

Xatırladaq ki, 23 milyon əhalisi olan Tayvan adası Şərqi Asiyanın seysmik aktiv zonasında yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol