Menu

Gürcüstanda koronavirusdan ölənlərin sayı 9-a çatdı

03.05.2020, 18:25
Gürcüstanda koronavirusdan ölənlərin sayı 9-a çatdı

Gürcüstanda koronavirusdan daha bir ölüm faktı qeydə alınıb.“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-dan ölənlərin sayı 9-a çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol