Ötən gün Asiyada 11 min 969 nəfər koronavirusa yoluxub, 378 nəfər isə ölüb. Ümumilikdə Asiyada indiyədək koronavirusdan 545 min 810 nəfər yoluxma, 3 min 336 ölüm qeydə alınıb.
Musavat.com xarici mənbələrə istinadən bildirir ki, Asiyada ümumi yoluxma üzrə ilk sırada Türkiyədir. Belə ki, ötən gün qardaş ölkədə 1983 nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb.
Ümumilikdə Türkiyədə 124 min 375 yoluxma, 3 min 336 ölüm qeydə alınıb. İkinci yerdə Asiya üzrə İran gəlir. İranda dünən 802 nəfər yoluxub, 65 nəfər isə ölüb. Ölkədə ümumilikdə 96 min 448 yoluxma, 6 min 156 ölüm qeydə alınıb.
Növbəti sırada isə Çindir. Koronavirusun beşiyi olan bu ölkədə dünən cəmi 1 nəfər yoluxub, ölən isə yoxdur. Ümumilikdə Çində indiyədək 82 min 875 nəfər koronavirusa yoluxub, 4 min 633 nəfər isə ölüb.
Asiya üzrə 4-cü yerdə Hindistandır. Dünən Hindistanda 2 min 442 nəfər yoluxub, 100 nəfər isə ölüb. İndiyədək bu ölkədə koronavirusa 39 min 699 yoluxma, 1323 ölüm qeydə alınıb.
Asiya üzrə beşinci yerdə Səudiyyə Ərəbistanıdır. Dünən bu ölkədə 1362 yoluxma, 7 ölüm qeydə alınıb.
Ümumilikdə isə Səudiyyə Ərəbistanında 25 min 459 yoluxma, 176 ölüm baş verib.


Şərhlər
Besdirindeeee virus virus ......