Menu

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub

04.05.2020, 00:21
Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən rayonunda hiss edilib.

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da hiss olunub.

Dağıntı və tələfat haqda məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol