Menu

Bu il ARDNF-in AÇG və "Şahdəniz"dən gəlirləri 2,2 mlrd. dollara yaxın olub

04.05.2020, 13:19
Bu il ARDNF-in AÇG və "Şahdəniz"dən gəlirləri 2,2 mlrd. dollara yaxın olub

Bu il (01.01.2020 – 01.05.2020 tarixlərində) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) "Azəri-Çiraq-Günəşli" (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 1 983 mln. ABŞ dolları təşkil edib.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, o cümlədən, hesabat dövrü "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 112 mln. ABŞ dolları olub.

Məlumata əsasən, "Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan gəlirlər 59 mln. dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol