Menu

Türkiyədə koronavirus infeksiyasından daha 64 nəfər ölüb

04.05.2020, 23:35
Türkiyədə koronavirus infeksiyasından daha 64 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 64 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 35 771 şübhəli koronavirus testindən keçib, onlardan 1614-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3461 nəfər ölüb, 127 659 nəfər bu infeksiyaya yoluxub, 68 166 nəfər isə müalicə olunub. Bu gün 5015 xəstə sağalaraq evə buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol