Menu

Düşmən cəbhənin Füzuli istiqamətində itki verdi

05.05.2020, 00:17
Düşmən cəbhənin Füzuli istiqamətində itki verdi

Bu gün mayın 4-də , saat 19.05 radələrində Ermənistan işğalçı qüvvələrinin cəbhənin cənub istiqamətində (Füzuli-Cəbrayıl) yerləşən bölmələri itki verib.

Virtualaz.org erməni qaynaqlarına istinadən xəbər verir ki, müqavilə əsasında xidmət keçən hərbi qulluqçu, 1988-ci ildə anadan olmuş Taron Rubikoviç Poqosyan “mina partlayışı” nəticəsində ölümcül yaralar alıb.

Lakin ehtimal edilir ki, əslində düşmən hərbi qulluqçusu Azərbaycan ordusunun minaatanlarından endirilən zərbə nəticəsində ölüb. Çünki təmas xətti boyu son günlər işğalçı qüvvələrin xüsusi fəallığı müşahidə olunur və düşmən 60 mm-lik minatanları işə salandan sonra Azərbaycan ordusu onların mövqelərinə daha iriçaplı minatanlarla zərbələr endirir. Müdafiə naziri Zakir Həsənov iki gün əvvəl keçirdiyi xidməti müşavirdə düşmənin təmas xətti boyu xeyli fəallaşdığını bildirib və komandirlərə ordunu yeni döyüş əməliyyatlarına hazırlamağı əmr edib.

Şərhlər

Pərviz 2020-05-05 04:05:57

Yaxşi xəbərdi

rasim 2020-05-05 03:07:35

Bunlari bele vurmag lazimdir .Diplomatliqla torpag qayidan deyil

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol