Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 600-ü ötdü

05.05.2020, 10:09
Gürcüstanda koronavirusa yoluxanların sayı 600-ü ötdü

Gürcüstanda koronavirusa 12 yeni yoluxma faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 604-ə çatıb. Onların 240-ı sağalıb, 9-u isə ölüb.

Hazırda ölkə üzrə karantində 4 887, stasionar nəzarətdə isə 500 nəfər saxlanılır. Türkiyə və Ermənistandan Gürcüstana gətirilən 3 vətəndaş da vətəndə müalicə olunur. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol